Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru v
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
“O, şübhəsiz ki, bu vəzifə üçün nəzərdən keçirilir”, - deyə Trampın keçid komandasının planları ilə tanış olan şəxslərdən biri agentliyə bildirib.
Qeyd olunur ki, xüsusi elçinin namizədliyi və gələcək administrasiyanın İranla bağlı strategiyası barədə yekun qərar hələ verilməyib.
Bununla belə, "Reuters" hesab edir ki, Trampın bu rol üçün “əsas müttəfiqi” Qreneli hesab etməsi, növbəti Amerika liderinin İranla “danışıqlara açıq ola biləcəyinə” işarə sayıla bilər.
Agentliyin mənbələri qeyd edib ki, Qrenellin namizədliyi təsdiq olunarsa, onun öhdəliklərinə “regiondakı və ondan kənardakı ölkələrlə” məsləhətləşmələr, həmçinin Tehranın potensial danışıqlarda iştirak etmək əhval-ruhiyyəsini qiymətləndirmək daxildir.
Qrenell əvvəllər ABŞ-ın Almaniyadakı səfiri vəzifəsində çalışıb.
Bundan əlavə, o, Serbiya və Kosovo arasında sülh danışıqları üzrə Vaşinqtonun xüsusi nümayəndəsi vəzifəsində çalışıb.