Tramp Qrenelin namizədliyini ABŞnin İran üzrə xüsusi nümayəndəsi vəzifəsinə irəli sürə bilər

12.12.2024

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Yeni seçilmiş prezident Donald Tramp ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru vəzifəsini icra edən Riçard Qreneli ölkənin İran üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizəd göstərə bilər.

APA xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, xüsusi nümayəndənin namizədliyi və gələcək administrasiyanın İranla bağlı strategiyası ilə bağlı yekun qərar hələ verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью