Tramp: Qrenlandiya ilə bağlı hər şeyi pulsuz əldə edəcəyik!

22.01.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp NATO ilə çərçivə müqaviləsinə əsasən, ABŞ-a Qrenlandiyaya "tam giriş" imkanı verəcək bir formul üzərində danışıqlar apardıqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Davosda keçirilən 56-cı Dünya İqtisadi Forumunun (WEF) iclaslarında iştirak edən ABŞ Prezidenti Tramp orada American Fox Business kanalına müsahibə verib.
Qrenlandiya ilə bağlı təmaslarını və müzakirələrini qiymətləndirən Tramp, NATO ilə bağladıqları çərçivə razılaşmasına və Danimarka ilə danışıqlara işarə edərək, əhəmiyyətli nailiyyətlər əldə etdiklərini vurğuladı.
Tramp ABŞ hava hücumundan müdafiə üçün tikiləcək Qızıl Günbəz sisteminin Qrenlandiyanı da əhatə edəcəyini bildirərək, "Qrenlandiya ilə bağlı istədiyimiz hər şeyə sahib olacağıq. İstədiyimiz hər şeyi pulsuz əldə edəcəyik" ifadəsini işlədib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью