Icma.az bildirir, Bakivaxti portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyada neft, qaz və mineral ehtiyatlarının genişmiqyaslı kəşfiyyatına başlanacağını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Yeni və gözəl Qrenlandiyamızda genişmiqyaslı neft, qaz və mineral kəşfiyyatı başlayacaq!” – deyə ABŞ lideri yazıb.
Tramp həmçinin ekspertlərin Qrenlandiyanın asanlıqla çıxarıla bilən neft ehtiyatlarının dünyanın demək olar ki, istənilən ölkəsindəkindən çox olduğunu təxmin etdiklərini iddia edib.
Bundan əlavə, ABŞ Prezidenti ölkəsinin hələ ixtira olunmamış dronları, raketləri və digər silah növlərini belə asanlıqla ələ keçirə biləcəyini qeyd edib.
Murad İsmayıl