GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp administrasiyası Qrenlandiyanın güc yolu ilə anneksiya edilməsi ehtimalını araşdırır.
Globalinfo.az xəbəır verir ki, bu barədə Vaşinqtondakı məlumatlı mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, dekabr ayında ABŞ, Danimarka və Qrenlandiya nümayəndələri arasında keçirilən üçtərəfli görüş müsbət atmosferdə baş tutsa da, adanın anneksiyası məsələsi rəsmi şəkildə gündəmə gətirilməyib.
Bununla belə, danışıqlardan təxminən iki həftə sonra ABŞ tərəfinin ritorikasında dəyişiklik müşahidə olunub. Reuters yazır ki, Qrenlandiyanın maliyyə və ya hərbi yolla anneksiyası birbaşa müzakirə edilməsə də, mümkün güc tətbiqi ssenariləri hələ də nəzərdən keçirilir.
Əliyar Xəlil