Olke.az saytına istinadən Icma.az xəbər verir. Arktika uzun illər “buzlu, uzaq və strateji əhəmiyyətsiz” bir region kimi qiymətləndirilirdi.
Lakin qlobal istiləşmə, yeni nəqliyyat marşrutlarının açılması və enerji resurslarının üzə çıxması ilə bu bölgə artıq geosiyasətin ən qaynar
Son illərdə ABŞ, Çin və Rusiya Arktikada strateji üstünlük uğrunda mübarizəni daha da sərtləşdirib.
Bu mübarizənin mərkəzində isə Qrenlandiya, Şimal Dəniz Marşrutu, enerji və nadir elementlər dayanır. 1.
Qrenlandiya: “Buzlu Ada”nın geosiyasi dəyəri Donald Trampın Qrenlandiyanın ABŞ nəzarətinə alınmasını tələb etməsi təkcə “müstəmləkə arzusu” deyil.
Bu tələb, Arktikanın gələcəkdə nəqliyyat və enerji baxımından kritik bir mərkəzə çevriləcəyini görən siyasətin nəticəsidir.
Trampın Danimarkaya ünvanladığı mesajda deyildiyi kimi, Qrenlandiyanın təhlükəsizliyi yalnız “Danimarka mülkiyyəti” kimi həll edilə bilməz.
ABŞ üçün əsas məqam budur ki, Arktikada nəzarət gücü onun qlobal strategiyasının ayrılmaz hissəsidir.