Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp "NBC News"-a verdiyi müsahibədə Avropa liderlərini onun Qrenlandiyanı əldə etmək cəhdlərinə müqavimət göstərdiklərinə görə yenidən tənqid edib.
"Cebheinfo.az" xəbər verir ki, o, Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyinin qorunması üçün vacib olduğunu və Aİ liderlərinin Ukraynadakı müharibəyə diqqət yetirməli olduğunu deyib: "Avropa Rusiyanın Ukrayna ilə müharibəsinə diqqət yetirməlidir, çünki açığı, bunun hara apardığını görürsünüz", - deyə Tramp bildirib.
O deyib ki, Avropa Qrenlandiyaya yox. məhz buna diqqət yetirməlidir.
Qrenlandiyanı ələ keçirmək üçün güc tətbiq edib-etməyəcəyi soruşulduqda, Amerika Prezidenti "Şərh yoxdur" cavabını verib.
O, Qrenlandiya ilə bağlı razılaşma əldə olunmasa, Avropa ölkələrinə tariflər tətbiq edəcəyini bildirib.
Xəzər "Cebheinfo.az" Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.