Tramp qudasına vəzifə verir

01.12.2024

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Amerikanın Fransadakı səfiri vəzifəsinə qudası Çarlz Kuşnerin namizəd göstərib.

Metbuat.az xəbər verir ki, bu barədə Tramp X sosial şəbəkəsində yazıb.

“Mən Çarlz Kuşneri ABŞ-ın Fransadakı səfiri vəzifəsinə namizəd irəli sürməkdən məmnunam. O, ölkəmizi və onun maraqlarını güclü şəkildə təmsil edəcək nəhəng biznes-lider, xeyriyyəçi və sövdələşmələr aparan şəxsdir”, - Tramp bildirib.

Qeyd edək ki, Çarlz Kuşner Trampın qızı İvankanın qayınatasıdır. Ç.Kuşner daşınmaz əmlak şirkəti “Kushner Companies”in təsisçisi və rəhbəridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью