Tramp qudasını Fransaya səfir təyin edib

20.05.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Senatı Çarlz Kuşnerin (ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın qayınatası) Amerikanın Fransadakı növbəti səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.

Missiya.Az xarici mediaya istinadənxəbər verir ki,  51 nəfər lehinə, 45 nəfər isə əleyhinə səs verib.

Bildirilib ki, Kuşner Parisdəki vəzifəsindən əlavə ABŞ-nin Monakodakı səfiri vəzifəsini də icra edəcək.

Qeyd edək ki, Çarlz Kuşnerin böyük oğlu Cared Kuşner Trampın birinci Prezidentlik müddətində onun baş müşaviri olub.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью