Tramp qudasını vəzifəyə təyin etməyi düşünür

10.03.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp qudası – qızının qayınatası Massad Bulosu Afrikanın Böyük Göllər regionu üzrə xüsusi elçi təyin edə bilər.

Gununses.info xəbər verir ki, bu barədə Semafor nəşri məlumat yayıb.

D.Tramp qızı Tiffani livanlı iş adamı Bulosun oğlu Mayklla evlidir. Bundan əvvəl ABŞ prezidenti qızının qaynatasını ərəb məsələləri üzrə baş məsləhətçi təyin etmişdi.

Qeyd edildiyi kimi, gənclik illərində Nigeriyada yaşayıb-işləyən Bolos lazımi icazələri alıb. Bildirilir ki, bu həftə o, Konqo Demokratik Respublikasına (KDR), martın sonunda isə Ruandaya səfər edə bilər.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью