Tramp: "Müharibə seçkidən sonra bitəcək"

10.09.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


ABŞ Prezidenti Donald Tramp İranla müharibənin noyabrın 3-də keçiriləcək Konqres ara seçkilərindən dərhal sonra başa çatacağını iddia edib.

“Bakupost” xəbər verir ki, Tramp İranla hazırda heç bir aktiv danışıqlar aparmadıqlarını bildirib. Onun sözlərinə görə, İranın müharibəyə daha çox davam gətirməsi mümkün deyil.

Tramp İranın ABŞ-dəki Konqres ara seçkilərinə təsir göstərməyə çalışdığını da iddia edib, lakin bununla bağlı əlavə açıqlama verməyib.

ABŞ Prezidenti İranla müharibənin əsas məqsədinin Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu bir daha vurğulayıb. O, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini və hər gün çox sayda neft tankerinin boğazdan keçdiyini bildirib.

Tramp daha əvvəl Respublikaçılar Partiyasının ara seçkilərdə qalib gələcəyi təqdirdə hər bir vətəndaşa 5 min dollar ödəniş ödənilməsini vəd edib. Lakin bu təklifin Konqres tərəfindən təsdiqlənməsi ehtimalı aşağı qiymətləndirilir.

Vüsalə Hüseynova,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью