Tramp: Razılaşma əldə etməsək, Xameneyinin haqlı olub olmadığını biləcəyik

01.02.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 1 fevral, AZƏRTAC

Dünyada ən böyük və ən güclü olan gəmilərimiz İrana çox yaxındır.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranın Ali lideri Ayətullah Əli Xameneyinin ABŞ İrana hücum edərsə, regional müharibə başlayacağına dair açıqlamasına münasibət bildirərkən deyib. O, gəmilərin bir neçə günə orada olacağını bildirib.

“Ümid edirik ki, razılaşma əldə edəcəyik. Əgər razılaşma əldə etməsək, onun haqlı olub-olmadığını biləcəyik”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью