Tramp rekord həddə çatan şatdaun u dayandıran qanunu imzalayıb

13.11.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp, federal hökumətin fəaliyyətinin 2026-cı ilin 30 yanvar tarixinə qədər davam etməsini təmin edən qanunu imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu, ABŞ hökumətinin rekord həddə dayandırılmasının (şatdaun) 43-cü günündə başa çatıb.

Trampın sözlərinə görə, sənədin imzalanmasından sonra "federal hökumət normal fəaliyyətinə qayıdır".

ABŞ lideri eyni zamanda, hökumət fəaliyyətinin dayandırılmasında Demokratlar Partiyasını günahlandırıb. O, bildirib ki, bu partiya ABŞ-da 20 min hava reysi ləğv edilməsinə və ya təxirə salınmasına səbəb olub, eləcə də, "bir milyondan çox dövlət qulluqçusu" maaş ala bilməyib və çox sayda az gəlirli amerikalı ərzaq təminatı proqramı üzrə yardım almaqdan məhrum olub.

Ötən gün qanun layihəsi Konqres tərəfindən təsdiqlənib. Bu sənəd, yanvarın sonuna qədər hökumətin fəaliyyətini maliyyələşdirməklə yanaşı, 2026 maliyyə ili üçün ABŞ Kənd Təsərrüfatı Nazirliyi, Veteranlar İşləri Departamenti və hərbi məqsədlər, tikinti proqramlarının həyata keçirilməsi üçün büdcə ayrılmasını nəzərdə tutur. Həmçinin, sənəd Vaşinqton administrasiyasının bəzi dövlət qulluqçularını işdən çıxarmaqla bağlı qərarlarını ləğv edir və dekabrın ortalarına qədər tibbi sığorta ilə bağlı tədbirlər barədə səsvermə keçirilməsini təmin edir.

Tramp, gələcəkdə belə bir dayandırılmanın təkrarlanmaması üçün qanunvericilərin "filibaster" (qanunların müzakirə və qəbulunun uzadılması təcrübəsi) praktikasını aradan qaldırmalı olduqlarını vurğulayıb. "Mən çağırıram ki, filibasterə son qoyulsun ki, belə bir şey bir daha baş verməsin. Əgər filibasterə son qoyulsaydı, bu baş verməzdi. Biz belə bir vəziyyətin təkrarlanmasına icazə verə bilmərik. Yaxşı qanunları qəbul etməliyik. Buna görə də, mən deyirəm: filibasterə son qoyulsun", - deyə Tramp bildirib.

"Fox News" kanalına verdiyi müsahibəsində Tramp bildirib ki, onun partiya yoldaşları, respublikaçılar Konqresdə federal hökumətin fəaliyyətinin dayandırılmaması üçün qanun layihəsi hazırlayırlar.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью