Tramp reseptlə verilən dərmanların qiymətlərini 30 80 faiz endirəcəyini vəd edib

12.05.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp reseptlə verilən dərmanların qiymətinin ucuzlaşdırılması istiqamətində fərman imzalayacağını bəyan edib.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə sosial media hesabında bildirib.

“Sabah saat 09:00-da ölkəmizin tarixində ən vacib icraedici fərmanlardan birini imzalayacağam. Reseptlə verilən dərmanların və digər preparatların qiymətləri demək olar ki, 30–80 faiz ucuzlaşacaq”, – deyə dövlət başçısı yazıb.

Prezidentin sözlərinə görə, fərman qüvvəyə mindikdən sonra ABŞ ən ucuz dərman qiymətlərinə malik olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью