Tramp rəsmi məktubda Şri Lanka prezidentinin adını səhv yazıb | Icma.az
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır. ABŞ prezidenti Donald Tramp Şri-Lanka prezidenti Anura Kumara Dissanayakəyə ünvanladığı
Doğru.az xəbər verir ki, bu barədə TASS, Şri-Lankanın Daily Mirror qəzetinə istinadla məlumat yayıb.
Bildirilir ki, Tramp 9 iyul tarixli məktubunda həm öz yazısında, həm də Ağ Evin rəsmi blankında “Anura” əvəzinə səhvən “Aruna” adını qeyd edib.
Sözügedən məktubun surəti Trampın sosial şəbəkə hesabında paylaşılmışdı, lakin səhv üzə çıxdıqdan sonra həmin paylaşım silinib və düzəliş olunmuş yeni versiyası yenidən yayımlanıb.
Qeyd edək ki, daha əvvəl Almaniyanın keçmiş kansleri Angela Merkel Trampın kameralar qarşısında onunla əl sıxmaqdan imtina etdiyini xatırlamışdı.
DOĞRU.AZ Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu