Tramp Reyqana görə Kanadaya rüsumları artırdı

26.10.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ Kanada mallarına rüsumları daha 10% artırıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.

"Onların ciddi təhrif və düşmənçilik hərəkətləri səbəbindən mən Kanadaya tariflərin hazırda ödədiklərindən 10% yuxarı qaldırıram”, - Tramp vurğulayıb.

Qeyd edək ki, Kanadanın Ontario ştatında 75 milyon dollar dəyərində reklam yayımlanacaq. Reklamda ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın 1987-ci ildə tariflərlə bağlı çıxışının audioyazısından istifadə olunur və o, bu çıxışda tariflərin uzunmüddətli perspektivdə təsirsiz olduğunu vurğulayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью