Tramp Romada Meloni, Starmer və Zelenski ilə görüşəcək “La Repubblica”

26.04.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün bir müddət əvvəl həyat yoldaşı Melaniya ilə Romaya gələn ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Giorgia Meloni, Böyük Britaniyanın baş naziri Key Starmer və Vladimir Zelenski ilə görüşmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Zelenskinin tədbirdə iştirakı sual altında idi, lakin onun adı, nəşrə görə, Müqəddəs Taxt-Tacın mətbuat xidməti tərəfindən jurnalistlərə verilən müxtəlif ölkələrin nümayəndə heyətlərinin yenilənmiş siyahısındadır. Trampın səfərinin rəsmi protokil qaydaya görə, o, bu gün günorta Vatikanda keçirilən dəfn mərasimindən dərhal sonra Romadan ayrılacaq.

Qəzet xəbər verir ki, onun Romada qalması 15 saatlıq müddətə nəzərdə tutulur. “La Repubblica”nın yazdığına görə, Tramp və Zelenski arasında görüşün saat 09:00 radələrində Amerika səfirinin ABŞ prezidentinin qaldığı Taverna villasındakı iqamətgahında baş tuta biləcəyi ehtimal edilir. Müqəddəs Pyotr meydanındakı mərasimə yola düşmə saat 11:00-da gözlənilir.

Bundan əvvəl İtaliya mediası Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Romada Trampla görüşə ümid etdiyini yazmışdı.

Fransiskin dəfn mərasimində onlarla dövlət və hökumət başçıları, tac sahibləri və dini nümayəndələr iştirak edəcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью