525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Prezident Donald Tramp Rusiya dizel yanacağının dünya bazarına çıxmasına ABŞ-ın maraqlarını nəzərə alaraq icazə verib”.
525.az xəbər verir ki, bu barədə xarici KİV-ə ABŞ dövlət katibi Marko Rubio bildirib.
O deyib ki, bu qərar Rusiyaya kömək etmək və ya Ukraynaya zərər vurmaq məqsədi daşımayıb.
“Bu, ABŞ-a təsir edəcək və ölkəmizə fayda verəcək. Həmçinin digər ölkələrə də kömək edəcək. Prezident bu qərarı Ukrayna üçün pis, Rusiya üçün yaxşı olduğuna görə deyil, ABŞ üçün faydalı və vacib olduğuna görə qəbul edib”, - Rubio deyib.
Dövlət katibi vurğulayıb ki, Tramp bütün qərarlarını məhz ABŞ-ın maraqlarını əsas götürərək qəbul edir.
Ukrayna münaqişəsindən danışan Rubio vəziyyətin mürəkkəb olaraq qaldığını, lakin ABŞ-ın münaqişənin nizamlanmasına kömək etməyə hazır olduğunu bildirib:
“ABŞ bu münaqişəni danışıqlar yolu ilə başa çatdırmaq üçün imkan yaranarsa, vasitəçi rolunu oynamağa hələ də hazırdır və buna qadirdir. Biz hesab edirik ki, münaqişə məhz bu yolla başa çatacaq”.
Rubio əlavə edib ki, ABŞ Ukrayna münaqişəsinin başa çatmasını istəsə də, Vaşinqtonun dünyanın müxtəlif bölgələrində hazırda diqqət yetirdiyi digər prioritetləri də var.
Pərvanə Sultanova