Tramp: Rusiya ilə razılaşmanı imzalamasaq, daha çox hadisələr baş verəcək

14.03.2025

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Co Bayden bizi Rusiya ilə əsl qarışıqlığa salıb, amma mən bizi oradan çıxaracağam.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, milyonlarla insan lazımsız yerə həyatını itirib.

“Əgər Rusiya ilə atəşkəs və yekun razılaşmanı tamamlayıb imzalamasaq, daha çox hadisələr baş verəcək. Mən Prezident olsaydım, müharibə 100 faiz olmazdı. Eləcə də İsraillə 7 oktyabr hadisəsi baş verməzdi, Əfqanıstandan geri çəkilmə güc və qürurla həyata keçirilərdi, ölkəmizin tarixində ən utancverici gün olmazdı”,- deyə Tramp əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью