Tramp: Rusiya ilə razılaşmaya çox yaxınıq

16.08.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 16 avqust , AZƏRTAC

“İki çox vacib ölkə arasında çox isti görüş oldu”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra “Fox News”a müsahibəsində deyib. O bildirib ki, tərəflər bir çox məsələdə razılığa gəliblər.

“Bizim bura kimi gəlib çıxmağımız çox yaxşıdır. Düşünürəm ki, biz razılaşmaya çox yaxınıq. Artıq anlaşdığı zaman çox yaxşıdır. Ukrayna buna razılıq verməlidir”, -deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью