Tramp Rusiya ilə ticarətin bərpasını istəyir Vens

13.03.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin başa çatdırılmasına və Rusiya ilə ticarət əlaqələrinin bərpasına çalışır.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Şimali Karolina ştatında keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ-da Rusiya və Ukrayna ilə bağlı xarici siyasətin necə qurulacağı mövzusunda çoxsaylı müzakirələr aparılır.

“Prezident Tramp bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib. O, qan tökülməsinin dayandırılmasını istəyir. O, ticarət əlaqələrinin bərpasını istəyir”, – deyə Vens vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью