Tramp: Rusiya Ukrayna müharibəsi səriştəsizlik səbəbindən başladı

10.10.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp iddia edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi səriştəsizlik səbəbindən başlayıb.

Teleqraf-ın "DWS News"a istinadən məlumatına görə, Ağ Ev rəhbəri bir daha qeyd edib ki, əgər o vaxt prezident olsaydı, Rusiyanın Ukraynaya müdaxiləsinə icazə verməzdi.

"Bu müharibə heç vaxt başlamamalı idi. Ukrayna ilə Rusiya arasında bu müharibənin başlaması üçün heç bir səbəb yox idi. Bu, səriştəsizlik üzündən başladı. Bu, heç vaxt baş verməməli idi", - Tramp bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью