Tramp Rusiya Ukrayna münaqişəsi ilə bağlı tədbirlər görüləcəyini bildirib

03.09.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı "maraqlı şeylər" öyrəndiyini bildirib və yaxın günlərdə bu məlumatların ictimaiyyətə açıqlanacağını deyib.

"Report"un məlumatına görə, Tramp bu fikirləri Ağ Evdə çıxışı zamanı səsləndirib.

ABŞ lideri həmçinin Moskva və Kiyevin atdığı addımları çox diqqətlə izlədiyini və tezliklə müəyyən tədbirlərin görüləcəyini vəd edib.

Bununla belə, Tramp hansı konkret addımların atılacağını açıqlamayıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью