Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin ABŞ ilə İran arasındakı münaqişənin həllinə kömək etdiyini bildirib.
Xəbəri XQ “Kommersant”a istinadən verib.
Tramp jurnalistlərə bildirib: “Düşünürəm ki, hər iki ölkə İranla bağlı razılaşma istəyir. Və düşünürəm ki, onlar mənə bu məsələdə kömək edirlər”.
Daha əvvəl Şükranlıq günü münasibətilə Amerika qoşunlarına müraciətində Donald Tramp ABŞ-ın İran üzərində qələbəsinin artıq yaxında olduğunu bildirmişdi.
O, Vaşinqtonun Tehrana razılığa gəlmək üçün hər cür fürsət verdiyini söyləmişdi. Lakin o, İranın “bu fürsətdən istifadə edəcəyinə” əmin deyil.
P.ƏMİRCANOV
XQ