Tramp: “Rusiya və Çin nüvə silahını gizli sınaqdan keçirilər”

03.11.2025

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Rusiya sınaqdan keçirir, Çin sınaqdan keçirir və biz də sınaqdan keçirəcəyik"

ABŞ Prezidenti Donald Tramp Rusiyanı, eləcə də Şimali Koreyanı, Çini, Pakistanı və digər ölkələri gizli şəkildə yeraltı nüvə silahı sınaqları keçirməkdə günahlandırıb.

AYNA.AZ xəbər verir ki, “CBS News”a verdiyi müsahibədə Tramp deyib: "Amma onlar sizə bu barədə məlumat vermirlər. Və bilirsiniz ki, bu nüvə silahları nə qədər güclü olsalar da, dünya böyük bir yerdir. Onların harada sınaqdan keçirildiyini mütləq bilməyinizə ehtiyac yoxdur. Onlar dərin yeraltında, insanların nə baş verdiyini bilmədiyi yerdə sınaqdan keçirirlər. Sadəcə bir az titrəmə hiss edirsiniz".

"Onlar sınaqdan keçirirlər, biz isə yox. Biz də sınaqdan keçirməliyik. Rusiya sınaqdan keçirir, Çin sınaqdan keçirir və biz də sınaqdan keçirəcəyik", - deyə Tramp əlavə edərək, Şimali Koreya və Pakistanın oxşar sınaqlar keçirdiyinə inandığını söyləyib.

“Ən yaxşı nüvə silahları bizdədir və onları birinci prezidentliyim müddətimdə dörd il ərzində modernləşdirən və quran mən idim. Və bunu etməkdən nifrət edirdim, çünki onların dağıdıcı qabiliyyətləri haqqında danışmaq belə istəmirəm”, - deyə ABŞ Prezidenti bildirib.

“Əgər bizdə nüvə silahları arsenalları varsa, onları sınaqdan keçirməliyik, əks halda necə işlədiyini bilməyəcəyik. Və biz onlardan heç vaxt istifadə etmək istəməzdik”, - deyə Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ lideri nüvə sınaqlarının bərpası qərarını 29 oktyabrda elan edib. Lakin nə o, nə də ABŞ administrasiyasının digər rəsmiləri bunun nüvə cihazlarının partladılması ilə bağlı olub-olmadığını açıqlamayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью