Tramp Rusiya və Çinlə nüvəsizləşdirmə danışıqlarına başlayacaq

14.02.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Donald Tramp Rusiya və Çinlə “nüvə tərksilahı” danışıqlarına başlamaq və hər üç ölkənin müdafiə xərclərini yarıya qədər azaltmasını istəyir. 

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir. 

Nüvə silahlarına nəzarətlə bağlı Rusiya və Çinlə danışıqlara hazır olduğuna eyham vuran Tramp bildirib: 

"Yeni nüvə silahları yaratmağımız üçün heç bir səbəb yoxdur, onsuz da çoxlu nüvə silahımız var. Siz dünyanı 50 dəfə, 100 dəfə məhv edə bilərsiniz. Biz yeni nüvə silahları yaradırıq, onlar nüvə silahı yaradırlar".

ABŞ, Rusiya və Çinin müdafiə xərclərini yarıya endirəcəklərinə ümid etdiyini deyən Birləşmiş Ştatlar prezidenti qeyd edib ki, məhsuldar olan başqa proseslər üçün pul xərcləmək lazımdır.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью