Tramp: Rusiya və Ukrayna Əbu Dabi danışıqlarında irəliləyişə nail ola bilər

10.11.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli danışıqlar Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında dönüşə nail olmaq imkanı yaradır.

AZXEBER.COM xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Reuters"ə müsahibəsində bildirib.

Əbu-Dabidəki danışıqlarda irəliləyişin mümkün olub-olmadığı barədə suala cavabında Tramp "Bu mümkündür. Orada nəsə baş verə bilər", – deyə bildirib.

Bununla yanaşı, Ukraynada hakim "Xalqın xidmətçisi" partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya "Deutsche Welle"yə açıqlamasında Kiyevin danışıqların ilk raundundan ciddi irəliləyiş gözləmədiyini bildirib.

"İlk danışıqlar raundundan gözləntilərimiz minimaldır. Bununla belə, ikinci raunddan artıq müəyyən nəticələr gözləyirik", – Araxamiya qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью