Tramp: “Rusiya və Ukrayna ilə danışıqlarda irəliləyiş var”

26.03.2025

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

“ABŞ Rusiya və Ukrayna ilə dərin müzakirələr aparır”

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Vaşinqton, Moskva və Kiyev nümayəndələri arasında danışıqlarda irəliləyiş olduğunu açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Amerika lideri həmçinin əlavə edib ki, “ABŞ Rusiya və Ukrayna ilə dərin müzakirələr aparır”.

Bundan əvvəl Rusiya ilə ABŞ arasında Ər-Riyadda danışıqların yekunlaşdığı məlum olub. Dialoq 12 saatdan çox davam edib. ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus bildirib ki, tərəflər arasında danışıqlar Qara dənizdə dinc ticarət fəaliyyətinin bərpasına yönəlib. O, həmçinin bildirib ki, Moskva və Kiyev “heç vaxt tam atəşkəsə indiki qədər yaxın olmayıblar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью