Tramp Rusiya və Ukraynanın müharibəyə son qoymaq istəmədiyini iddia edir | Icma.az
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoymamasının səbəbini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, mətbuat konfransında Ağ Ev rəhbəri bir tərəfin müharibəyə son qoymağa hazır olduğunu, digərinin isə hazır olmadığını qeyd edib.
Çıxışı zamanı Tramp bir daha xatırladıb ki, o, dünya miqyasında səkkiz müharibəyə son qoymağı bacarıb, halbuki heç bir prezident bnların heç birini həll etməyib.
O, bunu Nobel Sülh Mükafatını qazanmaq üçün etmədiyini vurğulayıb. "Bilmirəm, bir düşünün. Mən səkkiz müharibəyə son qoymuşam.
Mən bunu ona görə edirəm ki, bu, mənə asan gəlir. Və mən bunu Nobel Mükafatı üçün etməmişəm.
Mən bunu ona görə etdim ki, daha çox insan həyatını xilas edim", - deyə ABŞ Prezidenti qeyd edib.
O, son münaqişəyə, Ukraynadakı müharibəyə son qoymağa çalışdığını vurğulayıb. "Mən son münaqişəni həll etməyə çalışıram.
Tam oxu
Xəbəri oxu