Tramp Rusiya və Ukraynanın saziş imzalaya biləcəkləri tarixi açıqladı | Icma.az
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşmanın bu həftə əldə olunacağına ümid etdiyini bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
"Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə (ABŞ-də təqvim həftəsi bazar günündən başlayır - red.) saziş imzalayacaqlar", - deyə Donald Tramp bildirib.
O iddia edir ki, bu halda hər iki tərəf ABŞ ilə "biznes sahəsində aktiv şəkildə iş aparmağa başlayacaq" və bu da onlara "sərvət qazanmağa" imkan verəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu