Tramp Rusiyadakı epidemiya ilə bağlı Putinlə danışacaq

07.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, Donald Tramp bu barədə Ağ Evə qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib..

Tramp Rusiyadakı epidemiya ilə bağlı Putinlə danışıb-danışmadığı barədə suala cavabında bildirib ki, bunun üçün telefon danışığı planlaşdırılıb.

“Planlaşdırılmış telefon danışığımız var. Çox yaxın zamanda danışacağıq”, – deyə o qeyd edib.

ABŞ kəşfiyyat qurumlarının epidemiya ilə bağlı qiymətləndirməsinin necə olduğu sualına cavab verən Tramp isə bildirib ki, məsələ diqqətlə izlənilir.

“Hazırda məsələni yaxından izləyirik. Yəqin ki, bununla bağlı sabah hesabat açıqlayacağıq”, – deyə ABŞ Prezidenti əlavə edib.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətinin qubernatoru İqor Kobzev oktyabrın 2-də bölgə sakinlərindən birində “xüsusilə təhlükəli infeksiya şübhəsi” ilə bağlı məlumat daxil olduqdan sonra fövqəladə sanitar-epidemioloji komissiyanın iclasının keçirildiyini açıqlamışdı.

Həmin gün bəzi sosial media kanallarında taunla mübarizə institutunun əməkdaşlarından birinin “ağciyər taunu” səbəbindən öldüyü iddia edilmişdi.

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) isə yaydığı açıqlamada Sibir və Uzaq Şərq İrkutsk Taunla Mübarizə İnstitutunun bir əməkdaşına “səbəbi müəyyən edilməmiş pnevmoniya” diaqnozu qoyulduqdan sonra xüsusi təhlükəsizlik tədbirlərinin tətbiq edildiyini bildirib.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью