Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton, 7 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Macarıstanın Rusiyadan neft almasına görə sanksiyalardan azad etmək məsələsinə baxdığını bildirib. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Macarıstanın Baş naziri Viktor Orbanla görüş zamanı deyib.
Orban isə qeyd edib ki, ölkəsinin dənizə çıxışı olmadığı üçün digər mənbələrdən enerji idxalı çox çətindir. O, bunun həyati məsələ olduğunu söyləyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton