GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya və ABŞ arasında imzalanmış Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (Yeni START) müəyyən müddəalarının qüvvədə saxlanılmamalı olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bunun əvəzinə bu sahədə yeni bir razılaşmanın hazırlanmasını təklif edib.
Tramp bu barədə “Truth Social” sosial media platformasında paylaşım edib. ABŞ Prezidentinin sözlərinə görə, Yeni START müqaviləsini uzatmaq əvəzinə, gələcəkdə də qüvvədə qala biləcək, təkmilləşdirilmiş və modernləşdirilmiş yeni bir müqavilə üzərində iş aparılmalıdır.
O, bu məqsədlə mütəxəssislərin cəlb edilməsinin vacibliyini vurğulayıb. ABŞ Prezidenti mövcud müqaviləni “ABŞ tərəfindən zəif danışıqlar aparılmış və pozuntulara yol verilmiş sənəd” kimi qiymətləndirib.
Tahir Turan
Globalinfo.az