Tramp Rusiyanı hədələdi: Ukrayna ilə bağlı razılaşma olmasa...

13.08.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alyaska sammiti uğurlu olsa, Putin və Zelenski tezliklə birgə danışıqlar aparacaqlar.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Avropa liderləri və Ukrayna Prezidenti Vladimir Zelenski ilə onlayn formatda apardığı danışıqlar barədə açıqlama verərkən bildirib.

"Alyaskada Ukrayna ilə bağlı razılaşmalar əldə edilməsə, Rusiya ABŞ tərəfindən çox ciddi tədbirlərlə üzləşəcək", - Tramp qeyd edib.

Xatırladaq ki, Putin və Tramp 15 avqustda Alyaskada görüşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью