Axar.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmaqla və “Starlink” sisteminin fəaliyyətini məhdudlaşdırmaqla Ukraynanı kapitulyasiyaya məcbur etməyə çalışır.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Anatoli Xrapçinski bildirib.
O qeyd edib ki, Tramp Rusiyanı müharibədə məğlubiyyətdən qorumağa fəal şəkildə çalışır. Buna görə də Ukraynanı danışıqlar masasına əyləşdirmək və orada kapitulyasiyaya məcbur etmək istəyir.
Xrapçinski xatırladıb ki, əvvəlcə kəşfiyyat məlumatlarının təqdim edilməsinə məhdudiyyətlər qoyulub, daha sonra isə “Starlink” peyk rabitə sistemindən istifadəyə məhdudiyyətlər tətbiq edilib.
“Bu, bizi kapitulyasiyaya məcbur etmək üçün imkanlarımızı məhdudlaşdırmağa yönəlmiş kompleks cəhddir”, – deyə Xrapçinski vurğulayıb.
Onun sözlərinə görə, Ukraynanın Rusiyadakı anbarlara və məlumat mərkəzlərinə endirdiyi zərbələr müharibənin artıq Rusiya əhalisinin özünə də çatdığını göstərib. Buna görə də Putin istənilən ölkənin dəstəyini qazanmaq üçün əlindən gələni edəcək.
Xrapçinski bildirib ki, Ukrayna informasiya müharibəsində ciddi məğlubiyyətə uğrayıb. Çünki amerikalıların və avropalıların əksəriyyəti Ukraynanın nə uğrunda mübarizə apardığını başa düşmür.
Xrapçinskinin sözlərinə görə, Ukraynaya öz alternativ rabitə sistemini və erkən xəbərdarlıq sistemini yaratmaq imkanı lazımdır. O əlavə edib ki, Avropa da bu istiqamətdə çalışmalıdır:
“Çünki bu gün ABŞ Ukraynaya məlumat təqdim etməyibsə, sabah eyni məlumatları Avropaya da verməyə bilər”.