Tramp Rusiyanı Ukraynada döyüşləri dayandırmağa məcbur etməkdən danışdı: Başqa seçimi qalmayacaq

05.08.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Neftin qiymətinin bir barel üçün daha 10 dollar ucuzlaşması Rusiyanı Ukraynadakı münaqişə çərçivəsində hərbi əməliyyatları dayandırmağa "məcbur edə bilər".

Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp "CNBC News" telekanalına müsahibəsində deyib.

"Əgər neftin qiyməti bir barel üçün daha 10 dollar ucuzlaşarsa, onun (Rusiya Prezidenti Vladimir Putin - red.) başqa seçimi qalmayacaq", - deyə Tramp bildirib.

ABŞ prezidenti qeyd edib ki, Rusiya iqtisadiyyatı onsuz da ağır vəziyyətdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью