Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə müharibənin 50 gün ərzində dayandırılmasına dair razılıq əldə olunmasa, Rusiyanı tariflərlə cəzalandıracağını deyib.
AZƏRTAC-ın məlumatına görə, Tramp bu barədə NATO-nun Baş katibi Mark Rutte ilə Oval kabinetdə keçirilən görüşdə bildirib.
"50 gün ərzində razılaşmamız olmasa, çox sərt tariflər tətbiq edəcəyik", - deyən ABŞ Prezidenti bunların ikinci dərəcəli tariflər olacağını, yəni Moskvanı qlobal iqtisadiyyatda təcrid etmək üçün Rusiyanın ticarət tərəfdaşlarını hədəf alacağını söyləyib.