Tramp Rusiyanın böyük bəlaya düçar olacağını dedi: Tezliklə Putinlə görüşəcəyəm Qrelandiya isə...

21.01.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Rusiya prezidenti Vladimir Putinlə tezliklə görüşəcəyəm".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın yeni prezidenti Donald Tramp prezidentliyinin ilk günündə imzaladığı çoxsaylı fərman və sərəncamlarla bağlı açıqlamasında deyib.

O, çox yaxın vaxtlarda Putinlə bir araya gələrək, Ukrayna məsələsini müzakirə edəcəklərini bəyan edib: "Rusiya-Ukrayna müharibəsinə son qoymağın vaxtıdır. Bu məsələ ilə bağlı razılaşma qaçılmazdır. Bunun üçün Ukrayna prezidenti Vladimir Zelenski də açlışır. Məncə, Putin sülh müqaviləsi bağlamayaraq Rusiyanı məhv edir. Düşünürəm ki, Rusiya böyük bəlaya düçar olacaq. Onların iqtisadiyyatına və inflyasiyanın səviyyəsinə baxın. Məncə, Putin anlaşmağa məcburdur".

Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanə ələ keçirmək cəhdinə də toxunan Trampın sözlərinə görə, bu, vacibdir: "Qrenlandiya gözəl yerdir. Beynəlxalq təhlükəsizlik üçün bura ehtiyacımız var"

Lamiyə Əhmədli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью