GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya XİN rəhbəri Sergey Lavrovun Ukrayna Prezidenti Volodimir Zelenskinin qeyri-legitimliyi ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin Stiv Uitkoffa verdiyi sualı dinləyərək, “Nə dediklərinin əhəmiyyəti yoxdur.
Hamısı pozalar verir” deyib. Tramp doğrudanmı Rusiyaya qarşı sərt mövqe tutmağa başlayıb?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Trampın belə bir münasibət sərgiləyəcəyi gözlənilirdi: “Çünki o, 9 aya yaxındır ki, Rusiyanın qeyri-konstruktiv, zamana hesablanan mövqeyini səbirlə müşahidə edirdi.
Təkcə müşahidə ilə kifayətlənmir, Rusiyanın maraqlarını mümkün dərəcədə nəzərə alırdı.
Amma Rusiya tərəfinin, xüsusilə də keçən ilin mayından başlayaraq danışıqlardan yayınmaq üçün Zelenskinin qeyri-legitimliyi ilə bağlı səsləndirdiyi fikirlər heç bir əsasa dayanmır.Həmçinin oxuyun:Trampla görüşdə ortaya çıxdı, Zelenski ilə də ola bilər: Putindən Kremli qorxuya salan hərəkət Oqtay Qasımov Belə ki, savaşın keçirildiyi dövrdə ölkədə hərbi vəziyyətin elan edildiyi bir şəraitdə hansısa demokratik seçkilərin keçirilməsi mümkün deyil.
Ölkənin Ali Radasının qərarı ilə hərbi vəziyyət elan edilib. Bu durumda seçkilərin keçirilməsi məqsədəuyğun hesab edilmir.