Tramp Rusiyanın Ukraynadakı müharibəsinin əsas sponsorlarının adını çəkdi

23.09.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Çin və Hindistan Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibənin baş sponsorladır".

Oxu.Az "Korrespondent" nəşrinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı danışıb.

"Çin və Hindistan Rusiyanın neftini almağa davam etməklə, indiki müharibənin əsas sponsorlarıdır", - deyə o vurğulayıb.

Eyni zamanda, ABŞ lideri hətta bəzi NATO ölkələrinin Rusiyadan enerji resurslarının əhəmiyyətli miqdarda alınmasını dayandırmadığını söyləyib:

"Onlar özlərinə qarşı aparılan müharibəni maliyyələşdirirlər. Kimsə nə vaxt belə bir şey eşidib?".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью