Tramp Rusiyanın Ukraynaya kütləvi zərbə endirməsindən narazıdır

24.04.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Rusiya Federasiyasının Ukraynaya son kütləvi hücumu zamanı insanların həlak olmasına münasibət bildirib.

Amerika lideri özünün “Truth Social” sosial şəbəkəsində yazıb ki, belə gülləbaranların lüzumsuz olduğunu və həmçinin Vladimir Pitini dayanmağa və müharibəni bitirmək üçün müqavilə bağlamağa çağırıb:

“Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narahat oldum. Bunlar lazımsız və çox vaxtsız hərəkətlər idi. Vladimir, dayan! Hər həftə 5 min əsgər ölür. Gəlin, insanların ölümünün qarşısını alacaq sülh sazişi bağlayaq!”, - deyə Tramp qeyd edib.

Bununla bağlı o, Rusiya prezidenti Vladimir Putini bu cür zərbələri dayandırmaq üçün göstəriş verməyə çağırıb. “Gəlin, ən yaxşı yoly seçək - sülh müqaviləsi bağlayaq”, - deyə ABŞ administrasiyasının rəhbəri əlavə edib.

Rusiya Silahlı Qüvvələri bundan əvvəl Ukraynanın aviasiyasına, raket-kosmosuna, maşınqayırma və zirehli texnika sənayesinə, eləcə də raket yanacağı və barıt istehsalı obyektlərinə kütləvi hücuma keçib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbənin məqsədlərinə nail olunub və bütün obyektlər vurulub.

Ukrayna tərəfinin yaydığı videogörüntülü xəbərlərdə isə rusların daha çox mülki obyektləri və yaşayış məskənlərini hədəf seçdiklərə barədə məlumat verilir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью