Tramp Rusiyaya münasibəti dəyişmək üçün “örtük” tapıb “The Telegraph”

03.05.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın müharibəni tez bir zamanda bitirmək istəyi boşa çıxdı, lakin onun siyasətindəki həlledici dəyişiklik, onun nəhayət ki, Rusiya lideri Vladimir Putinin onun səylərinin qarşısını almaq üçün əsas məsuliyyət daşıdığını başa düşməsidir.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Telegraph” məqalə dərc edib.

Nəşrin yazdığına görə, Mayk Valsın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən qəfil uzaqlaşdırılması, Valsın Rusiyaya qarşı “şahin” fikirlərə sahib olmasına baxmayaraq, bu hərəkət istiqamətinə uyğun olaraq da şərh edilə bilər.

“Siyasi bazasına dərindən şübhə ilə yanaşan bir şahini tərk etmək Trampa kursu dəyişmək və ironik olaraq keçmiş milli təhlükəsizlik müşaviri tərəfindən tövsiyə olunan siyasəti qəbul etmək üçün lazım olan “örtük” yarada bilər”, - deyə məqalədə qeyd olunur.

“The Telegraph”ın qeyd edir ki, Tramp başa düşməyə başlayır ki, onun Ukraynada müharibəyə son qoymaq üçün yekun razılaşma əldə etmək ambisiyalarına əngəl Kiyevdə deyil, Kremldədir. Nəşrin qeyd edir ki, indi isə, ABŞ siyasətinin həqiqətən də dəyişib-dəyişmədiyini və Putinin nəhayət Trampı uzaqlaşdırıb-uzaqlaşdırmadığını iki mühüm sınaq göstərəcək.

Birincisi, bu həftə Ukraynaya silah göndərilməsinin ardınca əlavə yardım göndərilməsinin olub-olmayacağıdır. İkincisi, Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı senator Lindsey Graham tərəfindən təklif olunan qanun layihəsini dəstəkləyəcəkmi?

Mart ayında Vals özünü böyük bir qalmaqalın mərkəzində atdı. O, Husilərə zərbələri müzakirə etmək üçün Ağ Evin yüksək vəzifəli məmurları üçün “Signal” messencerində qrup söhbəti təşkil edib. “Atlantik”in baş redaktoru Cefri Qoldberq təsadüfən söhbətə əlavə edilib. Söhbətə prezidentin milli təhlükəsizlik müşaviri Mayk Vals daxil olmaqla 18 nəfər qoşulub.

Mayın 1-də Tramp Valsı tutduğu vəzifədən azad edib və onu Birləşmiş Ştatların BMT-dəki növbəti səfiri vəzifəsinə irəli sürüb.

Qeyd edək ki, daha əvvəl “Reuters” agentliyi ABŞ-ın Ukraynadakı müharibəni həll etmək üçün Moskvaya təzyiq göstərmək, bank və enerji sektorunda Rusiyaya qarşı yeni sanksiyalar hazırladığını bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью