Tramp Rusiyaya qarşı kiçik sürpriz vəd edib

08.07.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp senator Lindsi Qrem tərəfindən təklif edilən anti-Rusiya sanksiyalarına dair qanun layihəsini öyrəndiyini bildirib.

Oxu.Az bu barədə "Kommersant" nəşrinə istinadla xəbər verir.

Rusiya ilə bağlı bundan sonra nə edəcəyi sualına ABŞ lideri "kiçik bir sürpriz" təşkil etmək istədiyini söyləyib:

"Senatorlar çox sərt sanksiyalar qəbul edirlər. Mən bunu nəzərdən keçirirəm", - deyə Tramp bildirib.

Qrem 2025-ci ilin aprelində Rusiya əleyhinə qanun layihəsini təqdim edib və onun mahiyyətini belə izah edib:

"Əgər siz Rusiyadan mıəhsul alıb Ukraynaya kömək etmirsinizsə, o zaman sizin məhsullarınıza 500 faizlik rüsum tətbiq edilir".

Siyasətçinin sözlərinə görə, Senatın 100 üzvündən 82-si qanun layihəsini dəstəkləməyə hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью