Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" xəbər agentliyi məlumat yayıb.
Agentlik, sanksiyalar üzrə mütəxəssis, "Obsidian Risk Advisors" şirkətinin ekspertindən sitat gətirərək: "Əgər Tramp Si ilə Rusiya neftinin qiymətləri haqqında müzakirə aparmazsa, bu, sanksiyaların ümumi konsepsiyasını zərbə altına alacaq – çünki Vaşinqtonun Moskva ilə sərt münasibətdə olduğunu iddia etmək, Rusiya neftinin ən böyük alıcılarından birini görməməzlikdən gəlmək deməkdir", - deyə qeyd edib.
"Rusiya nefti məsələsini Si Cinpinlə görüşdə gündəmə gətirməmək, yalnız antirusiya sanksiyalarından imtina etmək deyil, həm də Trampın Çinlə münasibətlərin sabitləşdirilməsini daha vacib hesab etməsini göstərə bilər. Bu, Çin və ABŞ arasında uğurlu ticarət müqaviləsinin bağlanmasının səbəblərindən biri də hesab edilə bilər", - deyə agentlik əlavə edib.
Əvvəlcə Tramp bildirib ki, Cənubi Koreyanın Pusan şəhərində Si Cinpinlə keçirilən görüşdə Rusiyadan neft tədarükü məsələsi müzakirə olunmayıb.
22 oktyabrda ABŞ Maliyyə Nazirliyi "Rosneft", "Lukoil" və bu şirkətlərin 34 filialını yeni antirusiya sanksiyaları siyahısına əlavə edib. Bu sanksiyalar tam olaraq 21 noyabrda qüvvəyə minəcək. ABŞ hökuməti, tətbiq etdikləri məhdudiyyətlərin Ukraynadakı münaqişə ilə əlaqədar olaraq Moskva üzərində təzyiq yaratmağa yönəldiyini bildirir.
Qadir, Bizimyol.info