Tramp rüsum tətbiq etdi: Türkiyə üçün faydalıdır?

05.04.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi nisbətən aşağı - 10%-lik baza rüsumu Türkiyə ixracatçıları üçün faydalı ola bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz “CNN Türk” kanalına bildirib.

Onun sözlərinə görə, Türkiyəyə qarşı yüksək rüsumların tətbiq olunmaması ABŞ bazarına çıxış baxımından Türkiyə üçün xeyirdir:

“Türkiyənin ABŞ-a dəmir, polad və alüminium ixracına dair rüsumlar mövcud idi. ABŞ bu kimi rüsumları digər ölkələrə də tətbiq edəndə, müəyyən tarazlıq yarandı və bu, bizim xeyrimizə oldu,” – deyə o əlavə edib.

Yılmazın sözlərinə görə, idxalçı ölkə kimi Türkiyə Trampın açıqlamasından sonra dünya bazarında xammal, o cümlədən neftin qiymətinin düşməsindən də fayda götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью