Tramp rüsumların ləğvi şərtlərini açıqlayıb

04.04.2025

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bloomberg” nəşrinə istinadən xəbər verir ki, Donald Tramp faiz dərəcələrinin aşağı salınmasından şad olduğunu və iqtisadi turbulentliyin azalacağına inandığını deyib.
“Tariflər danışıqlar üçün bizə böyük imkanlar verir. Hər bir ölkə bizə zəng edib”, - ABŞ prezidenti bildirib.
Bu bəyanatın onun tarifləri yumşaltmağı nəzərdən keçirməsi demək olub-olmaması barədə sualın cavabında Tramp belə qərarın “vəziyyətdən asılı olacağını” diqqətə çatdırıb. Lakin o, hələ ki, daha çox rüsumların vədəsinin yaxınlaşdığını qeyd edib.
“Çiplərə tariflər çox tezliklə qüvvəyə minəcək. Əczaçılıq, məncə, əvvəllər görmədiyimiz səviyyədə gəlməyə başlayacaq. Biz indi əczaçılıq məhsullarına baxırıq. Bu ayrı bir kateqoriyadır. Bu barədə yaxın vaxtlarda məlumat verəcəyik. Bu, hazırda nəzərdən keçirilir”, - ABŞ prezidenti vurğulayıb.
Pinqvinlər də rüsum ödəyəcək? Qeyd edək ki, bütövlükdə Asiyada səhmlərin məzənnəsinin azalması fonunda Hindistanda əczaçılıq şirkətlərinin səhmləri aprelin 4-də ucuzlaşıb. ABŞ və Avropada indeks fyuçerslərinin qiymətləri enib, dollar isə ucuzlaşmaqda davam edib. Tariflərin bazarlara təsiri nəticəsində ABŞ Xəzinədarlığının 10 illik öhdəliklərinin gəlirliliyi, isə 4% azalıb.
Artıq aprelin 3-də “S&P 500” indeksi təxminən 2,5 trilyon dollar itirib və indeksin özü demək olar ki, 5% ucuzlaşıb. Kiçik şirkətlərin “Russell 2000” indeksi, Trampın ticarət həmləsinin ABŞ iqtisadiyyatını dayandıracağı ilə bağlı fərziyyələr fonunda 2021-ci ildə baş vermiş bütün zamanların ən yüksək göstəricisi olan 20%-ə qədər enişi də ötüb.
Bu reallıqlar fonunda ABŞ prezidenti gün ərzində xarici hökumətlər və biznes liderləri ilə keçirdiyi söhbətlərdə tariflərin yüngülləşdirilməsinə çalışdığını açıqlayıb.
Xatırladaq ki, aprelin 2-dən 3-ə keçən gecə ABŞ prezidenti Donald Tramp dünyada mövcud olan 200 ölkədən 183-nə münasibətdə tariflərin tətbiqi və ya artırılması barədə qərar qəbul edib.
Sahil İsgəndərov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью