Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi ilə birgə bəyanatın mətnini dəyişib.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə razılaşdırılmış ilkin bəyanata birtərəfli qaydada dəyişiklik edib. İlkin sənəddə Rusiyaya Ukraynadakı münaqişənin genişlənməsinə yol verməmək çağırışı yer alsa da, Tramp bu tələbi Ukraynaya da şamil edib.
Bildirilir ki, bu dəyişiklik Ukraynanın Aralıq və Baltik dənizlərində Rusiya gəmilərinə qarşı həyata keçirdiyi hücumlarla əlaqəli ola bilər.
Kreml isə öz növbəsində münaqişənin coğrafiyasını genişləndirməyə çalışan tərəfin məhz Kiyev olduğunu bəyan edib.
Aytəkin TOFİQQIZI