Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. Makronla yazışmaların sızmasından sonra...
...Fransalı həmkarı Emmanuel Makronla yazışmalarının sızmasından sonra ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Ruttenin mesajının ekran görüntüsünü də paylaşıb.
SİA xəbər verir ki, bu Truth Social sosial şəbəkəsində dərc olunub.
Mesajda Mark Rutte Trampı Suriyada və dünyanın digər yerlərindəki səylərinə görə onu tərifləyir.
Mesajda deyilir ki, "Davosdakı media əlaqələrimdən istifadə edərək orada, Qəzzada və Ukraynada gördüyünüz işləri vurğulayıram".
Baş katib həmçinin Qrenlandiyadan da bəhs edir. O, Trampa yazır: "Qrenlandiya məsələsində irəliləyiş əldə etməyə sadiqəm".
Rutte mesajı belə yekunlaşdırır: "Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm. Hörmətlə, NATO-nun baş katibi Mark".
Əli Babayev Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.