Tramp: Sabah İrana hücum etməyəcəyik

19.05.2026

Icma.az, Marja.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Qətər Əmiri Təmim bin Həməd Al Tani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın xahişi əsasında İrana qarşı sabah (açıqlama dünən edildiyi üçün bu gün) planlaşdırılan hücumun həyata keçirilməyəcəyini açıqlayıb.

Marja.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda “Qətər Əmiri Təmim bin Həməd Al Tani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Saud və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın xahişi əsasında sabah İrana planlaşdırılan hücumu ETMƏYƏCƏYİK” ifadələrini işlədib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bundan əlavə, Tramp ciddi danışıqların davam etdiyini bildirərkən, qəbul edilə biləcək bir razılaşma əldə olunmadığı təqdirdə İrana qarşı tammiqyaslı hücumun dərhal həyata keçirilməsinə hazır olunması istiqamətində göstəriş verdiyini ifadə edib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью