Tramp sabah Putinlə danışmağı planlaşdırdığını bildirib

17.03.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evin mətbuat xidmətinə açıqlamasında bildirib.

“Düşünürəm ki, Rusiya ilə yaxşı işimiz var. Baxaq, bəlkə çərşənbə axşamına qədər nəsə elan edəcəyik. Mən çərşənbə axşamı prezident Putinlə danışacağam”, - deyə o qeyd edib.

Tramp bildirib ki, Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir. “Rusiyanın nəzarətində olan torpaqlardan danışacağıq. Elektrik stansiyalarından danışacağıq, çünki bunlar münaqişənin həlli üçün böyük məsələdir. Ümid edirəm ki, cənab Putinlə söhbətimiz, konkret nəticə olmasa da, irəli atılan addım kimi uğurlu alınacaq”, - deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью